Gələn ay Azərbaycan-Gürcüstan sərhədlərinin razılaşdırılmamış hissələrinə baxış keçiriləcək

2019-07-09 12:11

Avqustda Azərbaycan-Gürcüstan sərhədlərinin razılaşdırılmamış hissələrinə baxış keçiriləcək. Xarici İşlər nazirinin müavini Xələf Xələfovun sözlərinə görə, baxışı ekspertlər keçirəcək, sənədləri bir daha araşdıracaq, ümumi təklifləri hazırlayıb təqdim edəcəklər. “Biz bundan sonra Azərbaycan və Gürcüstan arasında sərhədlərin delimitasiyası komissiyasının növbəti iclasının tarixlərini müəyyən edəcəyik", - deyə nazir müavini qeyd edib.

Vüsalə Camal