Gədəbəydə yanğınsöndürənlər tapdıqları bir qutu qızılı sahibinə veriblər
Gədəbəyin Parakənd kənd sakini Qismət Cabbarlıya məxsus ev yanıb. Yanğınsöndürənlər əməliyyat zamanı otaqların birində qızıl-zinət əşyaları dolu qutu tapıblar. Onlar zinət əşyalarını sahibinə təhvil veriblər. Alov söndürülüb.
Nərgiz Camalzadə