Gədəbəydə yaşayış yerini tərk edən koronavirus xəstəsi məsuliyyətə cəlb edilib
2021-04-01 14:05
Gədəbəy Polisi Düzyurd kənd sakini İmran Mirzəliyevi saxlayıb. Onun koronavirus testinin nəticəsi pozitiv çıxmasına və ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk etdiyi məlum olub. O, tibbi prosedurlar gözlənilməklə evinə qaytarılıb. Barəsində cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
Fərid Mehdiyev