Gədəbəydə "VAZ" dərəyə aşıb, sürücü ölüb
2020-08-18 14:06
Gədəbəyin Qaradağ kəndində yerli sakin Mübariz Həsənov "VAZ 21061" markalı minik avtomobilinin idarəetməsini itirərək yoldan çıxıb və dərəyə aşıb. Hadisə nəticəsində sürücü dünyasını dəyişib. Faktla bağlı cinayət işi başlanıb.
Nərgiz Camal