Gədəbəydə Tovuz sakini bıçaqlanıb
Gədəbəyin Qaramurad kəndində Tovuz sakini 1996-ci il təvəllüdlü Cavid Qasımov bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Əməli törətməkdə şübhəli bilinən, Gədəbəy sakini, 1983-cü il təvəllüdlü Firdovsi Məmmədov saxlanılıb.
Nərgiz Camalzadə