Canlı
Gədəbəydə qonşular dava etdi, qadın xəstəxanalıq oldu

2018-03-07 / 16:03

Gədəbəyin Söyüdlü kənd sakini, 63 yaşlı Xumnaz Kərimova müxtəlif bədən xəsarətləri ilə rayon Mərkəzi xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. İlkin məlumata görə, qadın torpaq üstündə yaranan dava zamanı qonşusu tərəfindən döyülüb.

Fərid Mehdiyev