Gədəbəydə qarın yollarda yaratdığı fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülür
2021-03-02 12:00
Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində təhlükəsizliyin təmin edilməsi və baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının dərhal alınması istiqamətində zəruri qabaqlayıcı tədbirlər həyata keçirirlər. Xidməti avtomobillərlə avtopatrul xidmətini yerinə yetirərək, yollarda qalan və köməyə ehtiyacı olan vətəndaşlara köməkliklər göstərilir. Sürücülərə yollarda sürət həddini aşmamaları və ara məsafəsini gözləmələri tövsiyyə olunur.
Nərgiz camal