Canlı
Gədəbəydə mağazadan 2 min manat oğurlandı

2018-12-06 / 16:31

Gədəbəydə mağazadan 2 min manat oğurlanıb. Gədəbəy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 22-də rayon ərazisindəki mağazaların birindən 2000 manat və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən Arıqdam kənd sakini Aydın Şükürov saxlanılıb. Faktla əlaqədar cinayət işi başlanıb.

Vüsalə Camal