Gədəbəydə karantin qaydalarını pozanlar cəzalandırılıblar
2020-01-07 18:07
Gədəbəydə xüsusi karantin rejim qaydalarını pozan kafe aşkarlanıb. Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman rayonun Arıxdam kəndi ərazisində “Ləzzət kafe” adlı kafenin gizli şəkildə fəaliyyət göstərməsini aşkarlayıb. Obyektin sahibi Bayram Camalovla və onun müştəriləri saxlanılaraq RPŞ-nə gətirilib və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə ediliblər.
Nərgiz camal