Gədəbəydə ikimərtəbəli evdə yanğın olub
Gədəbəyin Parakənd kəndində ikimərtəbəli evin 2-ci mərtəbəsində 4 otağın və bitişik talvarın yanar konstruksiyaları yanıb. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Xəsarət alan olmayıb.
Nərgiz Camalzadə