Canlı
Gədəbəydə gənclərin mübahisəsi ailəni başsız qoydu

Gədəbəydə qətl hadisəsi törədilib. Rayonun Söyüdlü kəndində kənd sakini, 27 yaşlı İbrahim Həsənəliyev mübahisə zəminində həmkəndlisi 33 yaşlı Rəşad Süleymanov tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Öldürülən şəxs ailəli olub və 2 azyaşlı övladı var. Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda cinayət işi başlanıb.

Fərid Mehdizadə