Gədəbəydə avtomobillər toqquşub, 1 nəfər ölüb, 7 nəfər yaralanıb
2020-02-01 16:04
Gədəbəyin Slavyanka kəndində mikroavtobusla VAZ markalı avtomobil toqquşub. Nəticədə Şəmkir sakini, 23 yaşlı Azər Səfərov dünyasını dəyişib, 53 yaşlı Şəhla Şəmilova, 24 yaşlı Solmaz Sadıqova, 56 yaşlı Mənzər Məmmədəliyeva, 18 yaşlı Coşqun Abbasov, 35 yaşlı Sahil İsmayılov və 57yaşlı Ağa Ələkbərov xəsarət alaraq Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Vüsalə Camal