Gədəbəydə avtomobil məktəbliləri vurub, xəsarət alanlar var
Gədəbəydə minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən 4 məktəblini vurub. Onlardan ikisi xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirlib, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.