Gədəbəydə ana və qızını maşın vurub
2020-08-20 10:04
Gədəbəydə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib. Slavyanka kəndində “VAZ 2106” yolu keçmək istəyən kənd sakini, 29 yaşlı Nuranə Şabanova və onun qızı, 6 yaşlı Laləni vurub. Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu deyilir.
Vəfa Şairova