Canlı
Gədəbəydə 8 kəndin yolu yenilənir

2018-05-16 / 16:09

Gədəbəydə 8 kəndi əhatə edən avtomobil yolu yenidən qurulur. Bu respublika əhəmiyyətli Şəmkir-Gədəbəy avtomobil yolunun 30-cu km-dən ayrılan və 20 km uzunluğa malik yerli əhəmiyyətli Slavyanka-Qoşabulaq-Pərizamanlı, 6.1 km-lik Çanaqçı-Haçaqaya və 2.9 km-lik Qoşabulaq-Sarıtala avtomobil yoludur. Nəticədə 11 mindən çox sakinin rayon mərkəzinə və ətraf bölgələrə gediş gəlişi asanlaşacaq. İstehsal etdikləri kənd təsərrüfatı məhsullarını bazarlara çıxara biləcəklər.

Fərid Mehdiyev