Gədəbəydə 3 nəfərə məxsus 46000 manat dəyərində ümumilikdə 41 baş inək oğurlanıb
Gədəbəy polisinə Çökək Yurd adlanan ərazidə Çanaqçı və Nərimankənd kənd sakinləri olan 3 nəfərə məxsus 46000 manat dəyərində ümumilikdə 41 baş inəyin oğurlanması barədə müraciətlər daxil olub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən Şəmkir rayon sakini saxlanılıb. Fakt araşdırılır.