Gədəbəydə 19 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur
Prezident İlham Əliyev Gədəbəy rayonunun Kiçik Qaramurad‒Cəfərli‒Əyrivəng‒Alnabat‒Kərimli‒İnəkboğan‒Göyəmli‒Şınıx‒Göyəlli‒Çobankənd‒Şahdağ‒Çiçəkli avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. 17 min nəfər əhalinin yaşadığı 19 yaşayış məntəqəsini birləşdirən yolunun əsaslı təmiri məqsədilə 2 milyon manat ayrılıb.
Eləcə də Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri üçün 300 min manat ayrılıb.
Fərid Mehdiyev