Canlı
Gədəbəydə ölümlə nəticələnən qəza qeydə alınıb

2018-08-10 / 12:08

Gədəbəydə sürücünün ölümünə səbəb olan ağır qəza qeydə alınıb. Saratovka kəndində Qaraməmmədli kənd sakini, 60 yaşlı Mazahir Quliyev sükanı arxasında olduğu "VAZ-2121" markalı avtomobilin idarəetməsini itirib. Nəticədə maşın aşıb. Sürücü aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Qəzanın səbəbləri araşdırılır.

Vəfa Şairova