Canlı
Gədəbəy sakini döyülərək xəsarət alıb

2018-02-09 / 10:05

Gədəbəy rayonunda döyülmə faktı qeydə alınıb. Rayon mərkəzində 29 yaşlı İbrahim Abdullayev bir neçə şəxs tərəfindən döyülüb. Müxtəlif bədən xəsarətləri alan yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə gətirilib. İlkin tibbi yardım göstərilib, vəziyyəti orta ağırdı. Fakt araşdırılır.

Vəfa Şairova