Gədəbəydə icra və probasiya şöbəsinin rəisi Elxan Abbasov və sabiq icra məmuru Səbuhi Hüseynov barəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb.Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, cinayət işi Ədliyyə Nazirliyindən daxil olmuş materiallar və vətəndaş müraciətləri əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb.Təqsirləndirilən şəxslər 2021–2025-ci illər ərzində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək icra işləri üzrə vətəndaşlardan müxtəlif məbləğlərdə pul vəsaiti alıb, həmin vəsaitləri tələbkarlara çatdırmaq adı ilə mənimsəyiblər. Eyni zamanda rəsmi sənədlərə bilərəkdən yalan məlumatlar daxil edilib.Toplanmış sübutlar əsasında onlara Cinayət Məcəlləsinin dələduzluq və vəzifə saxtakarlığı maddələri ilə ittiham irəli sürülüb. Barələrində polisin nəzarəti altına vermə və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri seçilib.
14 aprel 2026

