Güzəştli ipoteka kreditləri üçün müraciətlərin qəbuluna başlanılır
İpoteka və Kredit Zəmanət Fondu 2024-cü il üzrə güzəştli ipoteka kreditlərinin verilməsi üçün müraciətlərin qəbuluna başlayır. Müraciətlər fevralın 23-də, saat 11:00-dən etibarən “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsilə real vaxt rejimində qəbul ediləcək. Adi ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna isə fevralın 2-dən başlanılıb və davam etdirilir. Bu ilin dövlət büdcəsində ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün 87,7 milyon manat nəzərdə tutulub.
Fərid Mehdiyev