Gürcüstanla gömrük nəzarət-buraxılış məntəqəsinin yaradılması layihəsi həyata keçirilir
2021-05-05 10:00
Azərbaycan ilə Gürcüstan arasında birgə gömrük nəzarət-buraxılış məntəqəsinin yaradılması layihəsi həyata keçirilir. Gürcüstanın maliyyə naziri Laşa Xutişvili bildirib ki, Asiya İnkişaf Bankının dəstəyi ilə reallaşdırılan layihədə yalnız infrastrukturun inşası nəzərdə tutulmur. İki ölkənin informasiya sistemlərini birləşdirən rəqəmsal platforma yaradılacaq. Bu, sərhəddən keçid prosesini əhəmiyyətli dərəcədə asanlaşdıracaq.
Vüsalə Camal