Gürcüstanlı futbolçu "Napoli" klubunun tarixinə düşüb
Gürcüstan millisinin futbolçusu Xviça Kvaratsxeliya İtaliyanın "Napoli" klubunun tarixinə düşüb. 22 yaşlı hücumçu buna Almaniyada "Ayntraxt"a 2:0 hesabı ilə qalib gəldikləri matçda nail olub. İkinci qolda məhsuldar ötürmənin müəllifi olan gürcüstanlı forvard Neapol təmsilçisinin heyətində qitənin bir nömrəli klub turnirində 4 assist edən ilk oyunçu adına yiyələnib.
Vəfa Şairova