Canlı
Gürcüstandan qanunsuz yolla gətirilən telefonlar müsadirə olunub

2018-03-13 / 12:04

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə gömrük nəzarəti həyata keçirilib. Baxış zamanı, həmin nəqliyyat vasitəsinin qızdırıcısının içərisində müxtəlif markalı 14 ədəd mobil telefon, 13 ədəd yükləyici, 13 ədəd USB kabel və 13 ədəd "qulaqcıq" aşkar edilib.

Ruhəngiz Hacızadə