Gürcüstandan gələn yük avtomobilində bəyan olunmayan mallar aşkarlanıb
2020-02-08 18:10
"Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes-Benz Atego" markalı yük nəqliyyat vasitəsi saxlanılıb. Maşından gömrük nəzarətinə bəyan edilməyən 430 kiloqram bal və hər biri 1 litr olmaqla 10 ədəd şampun aşkarlanıb.
Fərid Mehdiyev