Gürcüstandan gələn Azərbaycan vətəndaşının maşınından külli miqdarda telefon aşkarlanıb

2019-05-14/ 17:54

"Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Nissan Maxima" markalı avtomobil saxlanılıb. Maşından 20 ədəd mobil telefon və 5 ədəd mobil telefon qutusu aşkarlanıb.

Ruhəngiz Hacızadə