Canlı
Gürcüstandan Azərbaycana gələn avtomobildə narkotik vasitə aşkarlanıb

2018-11-08 / 11:59

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olmuş məlumat əsasında, idarənin "Mazımçay" gömrük postunda Gürcüstandan Azərbaycana gələn, Türkiyə vətəndaşına məxsus "Mercedes-Benz" markalı avtomobil saxlanılıb. Şəxsin üzərinə baxış zamanı onun əynindəki qolsuz dəri gödəkçənin cibində, üzəri yapışqanlı lentlə bağlanmış kağız bükülüdə, təxmini çəkisi 10 qram olan narkotik vasitə - marixuana aşkarlanıb. Faktla bağla araşdırma aparılır.

Ruhəngiz Hacızadə