Gürcüstanda koronavirusun təsdiqləndiyi halların sayı 23-ə çatıb
2020-03-11 10:02
Gürcüstanda koronavirusun təsdiqləndiyi halların sayı 23-ə çatıb. Gürcüstan hökumətinin koronavirusla bağlı yaratdığı xüsusi saytda bildirilib ki, karantində 126, stasionar nəzarətdə isə 46 nəfər saxlanılır. Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 115 ölkədə qeydə alınıb.
Fərid Mehdiyev