Gürcüstan sərhəddində külli miqdarda qızıl-zinət əşyaları aşkar edilib
2021-10-28 14:07
Azərbaycan gömrükçüləri külli miqdarda zərgərlik məmulatlarının qanunsuz yolla keçirilməsinə cəhdin qarşısını alıblar. Ölkəyə Gürcüstan istiqamətindən "çipsi" yükü gətirən avtomobil "Qırmızı Körpü" gömrük postunda yoxlanılıb. Maşında gizlədilən bağlamalarda 18 kiloqram 172 qram çəkidə qızıl-zinət əşyaları aşkarlanıb. Fakt araşdırılır.
Nərgiz camal