Gün gələcək Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Bu fikirləri Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə söyləyib. Qərbi Azərbaycanın bizim tarixi torpağımız olduğu, bunu bir çox tarixi xəritələrin təsdiqlədiyinə diqqət çəkib. “Əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər” – deyən dövlət başçısı indi əsas vəzifənin bunu dünya ictimaiyyətinə də çatdırmaq olduğunu vurğulayıb. Dövlət başçısı 1918-ci ildə İrəvanın Ermənistana bağışlamasını xəyanət və cinayət adlandırıb.