Gün ərzində koronavirusdan sağalanlar rekord sayda artıb
2020-07-31 18:03
Azərbaycanda koronavirus infeksiyasına 318 yeni yoluxma faktı qeydə alınıb, 714 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib. Ümumilikdə ölkəmizdə 5 548 aktiv koronavirus xəstəsi var. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 789 test aparılıb.
Fərid Mehdiyev