Günün koronavirus statistikası açıqlandı
2020-09-17 18:00
Azərbaycan Respublikasında koronavirus infeksiyasına 119 yeni yoluxma faktı qeydə alınıb, 140 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.Azərbaycanda indiyədək ümumilikdə 38 777 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 36 289 nəfər müalicə olunaraq sağalıb, 571 nəfər vəfat edib, aktiv xəstə sayı 1 917 nəfərdir.
Fərid Mehdiyev