Canlı
Güllə atıcılığı üzrə Dünya Kuboku keçiriləcək

2018-02-12 / 18:09

Martın 1-də Meksikanın Qvadalaxara şəhərində güllə atıcılığı üzrə Dünya Kuboku keçiriləcək. Azərbaycan 12 gün davam edəcək yarış üçün 1 snayper sifariş edib. İlin ilk mötəbər yarışında hədəf önünə Ruslan Lunyov çıxacaq. O, 10 m və 25 m məsafələrdən atəş açmada dəqiqliyini yoxlayacaq. Yarışda ümumilikdə 50 ölkənin 404 idmançısı mübarizə aparacaq.

Vüsalə Camal