Güləş millimiz komanda hesabında Avropa çempionu olub
Azərbaycanın yunan-Roma güləşi millisi Serbiyada keçirilən Avropa çempionatının qalibi olub. Komandamızın 10 üzvündən 9-u 3 qızıl, 2 gümüş, 4 bürünc medal qazanıb. Turan Daşdəmirov və Ayxan Cavadov erməni rəqiblərinə qalib gələrək qitə çempionu olublar. Azərbaycan 183 xalla komanda hesabında Avropa çempionluğunu qazanaraq 2-ci pillədə yer alan Ermənistanı 51 xal qabaqlayıb. Ukrayna 121 xalla üçüncü yeri tutub. Beləliklə, U-17 yunan-Roma güləşi yığmamız 3-cü dəfə Avropanın ən güclü komandası olub.
Vüsalə Cənnətova