Güləş üzrə Olimpiya Təsnifat turnirində görüşləri 55 hakim idarə edəcək
Bakıda keçiriləcək güləş üzrə Olimpiya Təsnifat turnirində görüşləri 55 hakim idarə edəcək. Bu barədə Azərbaycan Güləş Federasiyasından məlumat verilib. Onlardan ikisi Azərbaycan təmsilçisi Asif Şirəliyev və Sədi Quliyev olacaq. Aprelin 5-dən 7-dək Milli Gimnastika Arenasında keçiriləcək Olimpiya Təsnifat turnirində 33 ölkənin 297 güləşçisi mübarizə aparacaq. Yarışda hər çəkinin finalçıları Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaqlar.
Fərid Mehdiyev