Güləş üzrə millimizə ABŞ-dan məşqçi gətirilib
2021-04-10 14:09
Azərbaycanın yunan-Roma, sərbəst və qadın güləşi üzrə yığmaları Göygöldə təlim-məşq toplanışını davam etdirir. Toplanışın əsas məqsədi dağlıq iqlimdə fiziki hazırlığın yüksəldilməsidir. Bu məqsədlə ABŞ-dan fiziki hazırlıq üzrə mütəxəssis də ölkəmizə dəvət olunub. Milli üzvləri Azərbaycanı 19 - 25 apreldə Varşavada keçiriləcək Avropa çempionatında və 6 - 9 mayda Sofiyada təşkil olunacaq Dünya Olimpiya Təsnifat turnirində təmsil edəcək.
Vüsalə Camal