Canlı
Güləş üzrə Avropa Millətlər Kuboku - Alrosa Kuboku beynəlxalq turnirinə yekun vurulub

Moskvada keçirilən güləş üzrə Avropa Millətlər Kuboku - Alrosa Kuboku beynəlxalq turnirinə yekun vurulub. Yarışda yığmamızı ümumilikdə 16 güləşçi təmsil edib. Qadın güləşçilərin mübarizəsində finala qədər irəliləyən millimiz həlledici görüşdə Rusiya komandasına məğlub olaraq ikinci yeri tutub. Sərbəst güləş yığmamız da eyni uğuru imza atıb. Finalda şimal qonşumuza uduzan komandamız yarışı gümüş medalla tamamlayıb.

Vəfa Şairova