Güləşçimiz erməni rəqibini məğlub edib
2021-04-19 16:00
Azərbaycanın sərbəst güləşçisi Əli Rəhimzadə Polşanın paytaxtı Varşavadakı Avropa çempionatında mübarizəyə başlayıb. 65 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda Ermənistan təmsilçisi Gevorq Tadevosyanla qarşılaşıb. Rəqibinə 2:1 hesabı ilə qalib gələn Rəhimzadə 1/4 finala yüksəlib.
Vüsalə Camal