Güləşçilərimiz növbəti uğurlarını Azərbaycana həsr ediblər
2020-11-09 11:08
Rusiyada keçirilən güləş üzrə Moskva Qran-Prisinə yekun vurulub. Güləşin bütün növləri üzrə təşkil olunan turnirdə ölkəmizi böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında sərbəst güləş yığmamızın bir neçə üzvü təmsil edib. Olimpiya çəki dərəcələri üzrə keçirilən yarışda komandamız 1 qızıl, 2 gümüş və 2 bürünc medal əldə edib. Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Sədi Quliyev təmsil edib. İdmançılarımız qazandığı medalları Azərbaycana və Azərbaycan xalqına həsr etdiklərini açıqlayıblar.
Nərgiz Camal