Güləşçilərimiz üçün ilin ilk yarışı Fransada olacaq
2020-01-05 14:07
Azərbaycan güləşçilərinin 2021-ci ildə qatılacağı ilk yarış müəyyənləşib. İdmançıların 15 - 17 yanvarda Fransanın Nitsa şəhərində keçiriləcək Qran-pridə iştirakı nəzərdə tutulur. Yarış pandemiya səbəbindən təxirə salınmasa, güləşçilər ilk olaraq bu turnirdə qüvvələrini sınayacaqlar. Güləşçilərimiz Nitsadakı yarışın daha nüfuzlu olması səbəbindən 16-17 yanvarda Xorvatiyanın paytaxtı Zaqrebdəki Qran-priyə qatılmayacaq.
Fərid Mehdiyev