Güclü yağışlar Astarada sürüşmə zonalarını aktivləşdirib
Güclü yağışlar səbəbindən Astarada sürüşmə zonaları aktivləşib. Rayonun Şiyəkəran kəndində baş verən torpaq sürüşməsi nəticəsində bir neçə ev üçün təhlükəli vəziyyət yaranıb. Aidiyyəti orqanların nümayəndələri tərəfindən əraziyə baxış keçirilib. Həmin ərazidə sahil mühafizə bəndlərinin tikintisi həyata keçiriləcək.
Fərid Mehdiyev