2021-06-23 10:00
Güclü yağış və sel Goranboyda ciddi fəsadlar törədib Goranboyda ötən gün güclü yağışdan sonra rayonun Ağcakənd qəsəbəsinə güclü sel gəlib. Sel suları səbəbindən qəsəbənin yollarında avtomobillərin hərəkətində çətinliklər yaranıb. Məlumata görə sel qəsəbədə 20 yaxın fərdi yaşayış evinə, bir neçə avtomobilə, 20-ə yaxın mal-qaraya, 10-a yaxın iaşə obyektinə ziyan vurub. FHN-in müvafiq qüvvələri əraziyə cəlb olunub. Fəsadların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülüb. Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən bildirilib ki, baş verən daşqınla bağlı vəziyyət nəzarətə götürülüb. Yerli istismar idarəsinin texnikaları əraziyə cəlb olunub. Güclü yağış çaylarda suyun səviyyəsini yüksəldib.
Nərgiz camal