Güclü yağış Goranboyda fəsadlar törədib
2021-06-10 12:12
Güclü yağış Goranboyda fəsadlar törədib. Goran çayından gələn sel suları evlərə, ictimai iaşə obyektlərinə, avtomobil təmiri sexlərinə dolub. Həmçinin Bakı-Qazax avtomagistralının üzərində yerləşən körpünün hər iki ətrafı su ilə dolduğundan orada avtomobillərin hərəkəti çətinləşib. Yaranan çətinliyi aradan qaldırmaq üçün FHN-in avtomobilləri əraziyə cəlb edilib.
Nərgiz camal