Güclü küləklə bağlı xəbərdarlıq edilib
Milli Hidrometeorologiya Xidməti bəzi bölgələrdə güclü küləklə bağlı sarı və narıncı xəbərdarlıq verib. Mingəçevir, Naftalan, Goranboy və Daşkəsəndə küləyin sürətinin 28,4 m/san-dək, Kəlbəcər, Ağstafa, Qazax, Tovuz, Şəmkir, Gəncə və digər bölgələrdə isə 20,7 m/san-dək güclənəcəyi gözlənilir. FHN əhaliyə külək zamanı yüngül tikililərdən, reklam lövhələrindən, elektrik dirəklərindən və hündür ağaclardan uzaq durmağı tövsiyə edib. Güclü yağış zamanı sel və daşqın təhlükəsi olan ərazilərdən uzaqlaşmaq, küləkli havada isə yanğın təhlükəsizliyi qaydalarına əməl etmək və kiçikhəcmli gəmilərlə dənizə çıxmamaq çağırışı edilib.
24 sentyabr 2026

