Canlı
Güclü külək və yağıntılı hava sabah da davam edəcək

2018-08-10 / 16:05

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb. Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda yağış tədricən kəsiləcək. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 19-24, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Ruhəngiz Hacızadə