Güclü külək Bakıda doqquzmərtəbəli binanın dam örtüyünü qoparıb
Güclü külək səbəbindən paytaxtın Nəsimi rayonunda yaşayış binasının 17-ci mərtəbəsində pəncərə çərçivəsi qoparaq asılı vəziyyətdə qalıb. FHN xilasedicilər tərəfindən pəncərə çərçivəsi kənarlaşdırılaraq mümkün ağır fəsadlar aradan qaldırılıb. Bundan başqa, Suraxanı rayonunda doqquzmərtəbəli yaşayış binasının dam örtüyünün qoparaq asılı vəziyyətdə qalmış hissəsi müvafiq qaydada götürülüb. Nərimanov rayonunda isə binanın 15-ci mərtəbəsinin eyvanında qopan metal parçası bərkidilərək ətrafdakı insanlar üçün yaranmış təhlükə aradan qaldırılıb.
Nərgiz Camalzadə