Güclü külək Bərdədə dağıntılar yaradıb, 3 nəfər xəsarət alıb
2021-04-13 10:10
Bərdə rayonunda güclü külək dağıntılar yaradıb, 3 nəfər xəsarət alıb. Rayonun bir neçə kəndində fərdi yaşayış evlərinə ciddi ziyan dəyib, Heydər Əliyev prospektində yerləşən fərdi yaşayış evinun üzərinə irigövdəli ağac aşıb. Elektrik dirəkləri aşıb, xətlər isə qırılıb, rayona verilən elektrik enerjisində fasilələr yaranıb. Bundan başqa, irigövdəli ağaclar və onların budaqları küləyin təsirindən qırılıb, minik avtomobillərinə ziyan dəyib.
Fərid Mehdiyev