Gözəllik salonundan lazer aparatını oğurlayan şəxslər saxlanılıb
Bakıda, Zabrat qəsəbəsində gözəllik salonundan 17 min manatlıq lazer aparatını oğurlayanlar saxlanılıb. Əvvəllər məhkum olunmuşlar 1970-ci il təvəllüdlü Rasim Əhmədov və 1977-ci il təvəllüdlü Riyad Şükürov aparatı 900 manata satdıqlarını bildiriblər. Araşdırmalar davam etdirilir.
Fərid Mehdiyev