Göygöldə yeniyetmə qız dəm qazından boğularaq ölüb
Göygöl sakini dəm qazından boğulub. Hadisə şəhərin Nizami küçəsində qeydə alınıb. 2006-cı il təvəllüdlü Sevinc Allahverdiyeva yaşadığı evin vanna otağında dəm qazından zəhərlənərək ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub. Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.