Göygöldə yemin tərkibini öyrənmək üçün laboratoriya yaradılıb
Heyvandarlıq Elmi Tədqiqat İnstitutunda quraşdırılan yeni laboratoriya heyvanlara verilən bütün növ yemlərin tərkibini analiz etməyə imkan verəcək. Həmçinin laboratoriyada yem üzrə alınan nəticələrin elmi tədqiqat işlərində tətbiqi də mühüm hesab edilir. Fermerlərə yemlərin tərkibi barədə məlumat maksimum 2 günə verilir.